...

Britaniyalı hüquq müdafiəçisi Fransanın tələbi ilə Cenevrədə keçirilən konfransa buraxılmayıb

Dünya xəbərləri Materials 13 Dekabr 2023 18:08 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan "CAGE" adlı qeyri-hökumət təşkilatının rəhbəri, Böyük Britaniya vətəndaşı Muhammad Rabbani Bakı Təşəbbüs Qrupunun BMT-nin Cenevrə ofisində təşkil etdiyi neokolonializm mövzusunda konfransa Fransanın tələbi ilə buraxılmayıb.

Trend xəbər verir ki, bu barədə Muhammad Rabbani özünün "X" sosial şəbəkə hesabında məlumat verib.

"6 saatdır ki, Cenevrə hava limanına enmişəm. Məni hələ də saxlayıblar və bu, BMT-nin Cenevrə ofisindəki konfransında çıxışıma mane olur. Sərhəd polisləri peşəkarlar olsalar da, mənim kimi çaşqınlıq içərisindədirlər", - deyə Rabbani yazıb.

Hüquq müdafiəçisi bu təqiblə bağlı hüquqi yardım alacağını, bu taktikanın onun və rəhbəri olduğu "CAGE" təşkilatının qətiyyətini sarsıtmayacağını bildirib.

"Bu sadəcə təəssüfdoğurucu resurs, vaxt və enerji itkisidir, hansını ki, daha çox yardıma ehtiyacı olanlara yönəltmək lazımdır", - o yazıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti