Bakı. Trend:
Avropa Komissiyası Avropa İttifaqının depressiv ərazilərinin inkişafı üçün nəzərdə tutulan Avropa fondundan Macarıstana 10 milyard avro köçürməyə razılıq verib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, bundan əvvəl həmin vəsaitlər Brüsselin qanunun aliliyi və korrupsiya ilə mübarizə tələblərinə görə bloklanmışdı.
Avropa Komissiyasının nümayəndəsi Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə bu vəsaiitin ayrılması Budapeştin 14-15 dekabr tarixlərində Brüsseldə keçiriləcək sammitində 2027-ci ilin sonuna qədər Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramına dəstək verməklə razılaşması üçün şərt olduğunu etiraf etməkdən imtina edib. E.Mamekr bildirib ki, Macarıstana vəsaitin köçürülməsində gecikmə yalnız “Aİ-nin hüquqi proseduru” ilə bağlıdır.