...

ABŞ Rusiyadan dəniz məhsullarının idxalına qadağa qoyub

Dünya xəbərləri Materials 23 Dekabr 2023 03:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Rusiya dəniz məhsullarının idxalına qadağa qoyub.

Trend xəbər verir , ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyadan qızılbalıq, treska, xərçəng və pollokun idxalına qadağa qoyan sənəd dərc edib.

Qadağa Rusiya gəmiləri tərəfindən tutulan dəniz məhsullarına da şamil edilir.

Məhdudiyyətlər bu cür balıq, dəniz məhsulları və onların hazırlıqlarının Rusiyadan kənarda emal edilib-edilməməsindən və ya əhəmiyyətli dərəcədə başqa məhsula çevrilməsindən asılı olmayaraq tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti