Bakı. Trend:
Belqrad meriyasının qarşısında baş verən iğtişaşlar zamanı iki polis əməkdaşı ağır yaralanıb.
Trend xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç "Pink" telekanalına müsahibəsində deyib.
Dövlət başçısı həmçinin qeyd edib ki, daha bir neçə polis zabiti etirazçılar tərəfindən onlara atılan daşlardan yüngül xəsarətlər alıb.
Onun sözlərinə görə, iğtişaş törədən 35 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.