Bakı. Trend:
İsrail Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir.
Trend xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə çatacağıq", - deyə o bildirib.