Bakı. Trend:
Ermənistanın yeni yüksək texnologiyalar sənayesi naziri təyin olunub.
Trend erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Prezident Aparatının İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyanın sərəncamı ilə bu vəzifəyə Mxitar Ayrapetyan təyin edilib.
Ermənistan prezidentinin digər sərəncamı ilə Robert Xaçatryan vəzifəsindən azad olunub.