...

İsrail ordusu HƏMAS-ın bir neçə komandirini öldürüb

Dünya xəbərləri Materials 12 Yanvar 2024 17:06 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hərbçiləri HƏMAS-ın "Nuxba" bölməsinin bir neçə komandirini öldürüb.

Trend xəbər verir ki, bu barədə İsrail Müdəfiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri Maqazi bölgəsində 20-yə yaxın HƏMAS döyüşçüsünü, o cümlədən "Nuxba" bölməsinin bir neçə komandirini öldürüb.

Bundan başqa, Xan-Yunisdə İsrailin qırıcı təyyarəsinin HƏMAS-ın hərbi obyektinə hücumu nəticəsində yeddi döyüşçünün öldürüldüyü, bunlardan birinin "Nuxba" bölməsinin komandiri olduğu qeyd olunub.

Həmçinin, silahların olduğu gizli yerin aşkarlandığı bildirilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti