...

Türkiyə kəşfiyyatı İraqda xüsusi təhlükəli terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 14 Yanvar 2024 19:52 (UTC +04:00)
Türkiyə kəşfiyyatı İraqda xüsusi təhlükəli terrorçunu zərərsizləşdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/KCK terror təşkilatı üzvü Həsən Seburi zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə təhlükəsizlik mənbələrindən bildiriblər.

“Redur Baz” kod adlı silahlı Süleymaniyyə rayonunda zərərsizləşdirilib.

Bildirilib ki, terrorçu Türkiyə ilə bağlı kəşfiyyat toplayır və müşahidə aparırmış. O, əvvəllər bunun üçün xüsusi təlim keçib.

H.Seburi qruplaşmaya keçən il İranda qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti