...

Türkiyədə bu məscidə giriş ödənişli olacaq

Dünya xəbərləri Materials 15 Yanvar 2024 11:17 (UTC +04:00)
Türkiyədə bu məscidə giriş ödənişli olacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində yerləşən tarixi Ayasofya məscidinə giriş 15 yanvar 2024-cü ildən turistlər üçün ödənişli olacaq.

Trend xəbər verir ki, bu barədə məlumat Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yayılıb.

Məlumata görə, bu gündən Ayasofyanı ziyarət etmək istəyən əcnəbi turistlər 25 avro ödəniş etməli olacaqlar.

Qeyd edək ki, 2020-ci il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.

2020-ci ilin iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmə qərarını təsdiqləyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti