...

Kanadanın ölkəmizə qarşı qoyduğu embarqoları qaldırmasını müsbət qiymətləndiririk - Türkiyə MN

Dünya xəbərləri Materials 1 Fevral 2024 14:38 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Türkiyəyə qarşı qoyduğu embarqoları qaldırmasını müsbət qiymətləndiririk.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi mənbələri açıqlama verib.

"Kanadanın 2019-cu ildən bəri müxtəlif səbəblərdən Türkiyənin müdafiə məhsullarına tətbiq etdiyi ixrac məhdudiyyətlərinin NATO çərçivəsində həmrəylik ruhu, regional və beynəlxalq təhlükəsizliyin qorunmasına yönəlmiş kollektiv səylərlə bir araya sığmır. Kanadanın atdığı bu son addımı müsbət qiymətləndiririk və müttəfiqlərdən gözləntimiz Türkiyəyə qarşı bütün məhdudiyyətlərin tamamilə aradan qaldırılmasıdır",- deyə nazirliyin açıqlamasında bildirilib.

Açıq və ya qapalı embarqo və məhdudiyyətlərin son illərdə müdafiə sənayesində milliləşdirmə səylərinin əhəmiyyətini bir daha göstərdiyini vurğulayan mənbələr qeyd edib ki, rəhbərliklə mühüm işlər həyata keçirən yerli və milli müdafiə sənayemizə güvənməli və dəstək olmalıyıq.

Qeyd edək ki, 30 yanvar tarixində Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dron və PUA-larla dəstəyinə görə Kanada Türkiyəyə embarqo tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti