Bakı. Trend:
Türkiyə Mərkəzi Bankının yeni sədri məlum olub.
Trend xəbər verir ki, bu posta Fatih Karahan gətirilib. Qərar “Rəsmi Qəzet”də dərc edilib.
Karahan bu günədək Mərkəzi Bankın sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən gün Türkiyə Mərkəzi Bankının sədri Hafize Gaye Erkan istefa verib.
1982-ci ildə anadan olmuş Fatih Karahan Boğaziçi Universitetini bitirib, 2012-ci ildə Pensilvaniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Təhsildən sonra Nyu-York Universitetində və Nyu-York bankında işləyib.