...

Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb

Dünya xəbərləri Materials 12 Fevral 2024 06:00 (UTC +04:00)

Bakı. Trend:

"Amazon"un qurucusu Ceff Bezos şirkətin təxminən 2 milyard dollar dəyərində səhmlərini satıb.

Trend xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Bezos fevralın 7-də 12 milyona yaxın səhm satıb. Hazırda sərvəti 196 milyard dollar olaraq qiymətləndirilən dünyanın ən varlı adamlarından biri iki ildən artıq müddətdə ilk dəfədir ki, aktivlərini satır.

Bezosun təxminən iki il əvvəl "Amazon" rəhbəri postunu tərk etməsinə baxmayaraq, o, direktorlar şurasında qalıb.

Xəbər lenti

Xəbər lenti