...

BMT-nin baş katibi Dohada Əfqanıstan ilə bağlı razılığın əldə olunmasını bildirib

Dünya xəbərləri Materials 20 Fevral 2024 06:49 (UTC +04:00)
BMT-nin baş katibi Dohada Əfqanıstan ilə bağlı razılığın əldə olunmasını bildirib

Bakı. Trend:

Qətərin paytaxtı Dohada başa çatan görüşün iştirakçıları - Əfqanıstan üzrə xüsusi elçilər fəaliyyət planı üzrə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransı zamanı BMT-nin baş katibi Antonio Quterreş deyib.

"Biz istəyirik ki, Əfqanıstan sülh, ölkə daxilində və qonşu dövlətlərlə sülh şəraitində yaşasın və beynəlxalq ictimaiyyət, qonşuları və öz xalqının hüquqları ilə bağlı suveren dövlətin öhdəliklərini öz üzərinə götürə bilsin", - deyə o bildirib.

O əlavə edib ki, konfrans nümayəndələri lazımi addımlar barədə qarşılıqlı anlaşma əldə ediblər.

BMT-nin rəhbəri ölkə əhalisinə səmərəli humanitar yardımın göstərilməsinin zəruriliyindən danışıb, həmçinin Əfqanıstanın uzunmüddətli inkişafı məsələsinə toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti