...

Beyninə çip yerləşdirilən ilk insan tam sağalıb

Dünya xəbərləri Materials 20 Fevral 2024 19:51 (UTC +04:00)
Beyninə çip yerləşdirilən ilk insan tam sağalıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı biznesmen İlon Maskın sahibi olduğu "Neuralink" şirkətinin beyninə çip yerləşdirdiyi ilk insan tam sağalıb.

Trend xəbər verir ki, Mask bu barədə sahib olduğu "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, pasiyent özünü yaxşı hiss edir və artıq düşüncə yolu ilə kompyuterin kursorunu idarə edə bilir.

Biznesmen bildirib ki, hazırda "Neuralink" pasiyentin mümkün qədər çox düyməyə basa bilməsi üçün çalışır.

Qeyd edək ki, şirkətin "Telepathy" adını verdiyi çip ötən ay könüllü pasiyentin beyninə implantasiya olunub. Çip baş beyin xəstəliklərindən əziyyət çəkən və motor funkisyaları ciddi şəkildə pozulmuş insanlar üçün nəzərdə tutulub. Belə ki, bu çip sayəsində pasiyentlər öz telefon, kompyuter və digər cihazlarını düşüncə yolu ilə idarə edə biləcəklər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti