...

İsveç Ukrayna üçün yeni hərbi yardım paketini elan edib

Dünya xəbərləri Materials 21 Fevral 2024 03:45 (UTC +04:00)

Bakı. Trend:

İsveç Ukraynaya 682 milyon dollar həcmində hərbi yardım edəcək.

Trend xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson bəyan edib.

“İsveç Ukraynaya ən böyük yardım paketini elan edib. Kiyevə təqdim olunacaq 15-ci paket 682 milyon dollar həcmində hərbi yardımı ehtiva edir. Bununla da Stokholmun Ukraynaya hərbi yardımının ümumi həcmi 2,88 milyard dollara çatacaq”, - deyə o bildirb.

Nazirin sözlərinə görə, yeni hərbi paket çərçivəsində Ukraynaya artilleriya mərmiləri, RBS-70 zenit-raket kompleksi, tank əleyhinə BGM-71 TOW raketləri, qumbaraatanlar və tibbi ləvazimatlar tədarük olunacaq. Bundan əlavə, İsveç Kiyevə 10 ədəd CB90 sürətli kater, 20 ədəd adi kater və sualtı silahlar göndərəcək. Həmçinin ayrılan vəsaitin bir hissəsi Danimarka ilə birgə piyadalar üçün döyüş maşınlarının alınmasına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti