...

Ermənistanın müdafiə naziri İrəvanda fransalı həmkarı ilə görüşdü

Dünya xəbərləri Materials 23 Fevral 2024 11:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvana səfər edən fransalı həmkarı Sebastyan Lekornunu qəbul edib.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, bu, Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəridir.

Lekornunun qarşılanma mərasimi Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qaravul dəstəsi və hərbi orkestrin iştirakı ilə keçirilib.

Xatırladaq ki, bir qədər əvvəl Fransa Ukraynanın yararsız olduğu üçün imtina etdiyi hərbi tullantıları Ermənistana göndərib.

"Bu nəqliyyat vasitələri ilkin olaraq Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyev bu maşınların artilleriya atəşi və tank əleyhinə raketlərdən zəif müdafiə etdiyini hesab edib", - deyə Fransa mətbuatı yazıb.

Ermənistan ordusu üçün zirehli maşınların ilk partiyası artıq Gürcüstan vasitəsilə ölkəyə çatdırılır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti