...

Aleksey Navalnının nəşi anasına verilib

Dünya xəbərləri Materials 24 Fevral 2024 22:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aleksey Navalnının nəşi anasına verilib.

Trend xəbər verir ki, bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb.

Onun harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, bu gün rusiyalı siyasətçinin həyat yoldaşı Yulia Navalnayanın ərinin nəşinin anasına verilməməsi ilə bağlı videoaçıqlaması yayılıb.

Qeyd edək ki, 47 yaşlı Rusiyalı müxalifətçi Aleksey Navalnı fevralın 16-da saxlanılıdığı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti