...

Çexiyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək

Dünya xəbərləri Materials 27 Fevral 2024 22:32 (UTC +04:00)
Çexiyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya NATO xarici işlər nazirlərinin növbəti qeyri-rəsmi görüşünə ev sahibliyi edəcək.

Trend-in məlumatına görə, bu barədə təşkilatın saytında dərc edilən məlumatda bildirilib.

NATO-nun Brüsseldəki mənzil-qərargahından verilən məlumata görə, xarici işlər nazirləri mayın 30-31-də Praqada görüşəcəklər.

NATO-nun baş katibi Yens Stoltenberq iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlıq kontekstində bu görüşü təşkil etdiyinə görə Çexiyaya minnətdarlığını bildirib. Y.Stoltenberq qeyd edib ki, bu il Çexiyanın NATO-ya üzv olmasının 25 ili, Mərkəzi və Şərqi Avropanın daha 7 ölkəsinin alyansa üzv olmağa dəvət olunduğu Praqa Sammitindən 22 il keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti