...

Nigeriyada ticarət mərkəzinin uçması nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 27 Fevral 2024 22:49 (UTC +04:00)
Nigeriyada ticarət mərkəzinin uçması nəticəsində 6 nəfər ölüb

Bakı. Trend:

Nigeriyada ticarət mərkəzinin uçması nəticəsində ən azı 6 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, tikilməkdə olan bina Onitşa şəhərində uçub.

Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildiriblər ki, hadisə yerində dağıntılar təmizlənir. Xilasedicilər beton konstruksiyaların dağıntıları altında qalanları axtarır. Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti