...

Tramp məxfi sənədlərlə bağlı məhkəmənin təxirə salınmasını istəyib

Dünya xəbərləri Materials 1 Mart 2024 07:22 (UTC +04:00)
Tramp məxfi sənədlərlə bağlı məhkəmənin təxirə salınmasını istəyib

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmədən məxfi sənədlərlə düzgün işlənilməməsi ilə bağlı işin başlanmasını təxirə salmağı xahiş edib.

Trend-in məlumatına görə, bu barədə Florida ştatının cənub dairəsi üzrə federal məhkəmənin məlumat bazasında dərc edilmiş bəyanatda deyilir.

Sənəddə qeyd edilib ki, Tramp prosesə 2024-cü il prezident seçkiləri başa çatdıqdan sonra başlamağı tələb edir. ABŞ-ın xüsusi prokuroru Cek Smit məhkəmənin iyulun 8-də başlamasını istəyib.

Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun əməkdaşları ümumilikdə 102 sənəd ələ keçiriblər. Onlardan 17-si “tam məxfi” kimi təsnif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti