...

Bu ölkə Rusiya rəsmilərinə qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 1 Mart 2024 11:32 (UTC +04:00)
Bu ölkə Rusiya rəsmilərinə qarşı sanksiyaları genişləndirib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya Rusiyanın cinayət-islahetmə sistemi ilə əlaqəli məmurlarına qarşı sanksiyaları genişləndirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, yeni sanksiyalar siyahısına daha üç şəxs daxil edilib.

Onların rusiyalı müxalifətçi Aleksey Navalnının öldüyü cəzaçəkmə müəssisəsi ilə əlaqəli olduqları qeyd olunub.

Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb. Onun gəzintidən sonra özünü pis hiss edərək, demək olar ki, dərhal huşunu itirdiyi bildirilib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb.

Zəruri bütün reanimasiya tədbirləri görülsə də, heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.

Qeyd edək ki, Navalnının nəşi fevralın 24-də anasına verilib. Siyasətçi martın 1-də Moskvada yerləşən Borisov qəbirstanlığında dəfn olunacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti