...

Ermənistan parlamentində rus sərhədçilərinin hava limanında mövcudluğu müzakirə olunur

Dünya xəbərləri Materials 1 Mart 2024 12:39 (UTC +04:00)
Ermənistan parlamentində rus sərhədçilərinin hava limanında mövcudluğu müzakirə olunur
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Milli Yığıncağında rus sərhədçilərinin Zvartnots hava limanında mövcudluğu müzakirə olunur.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasının katibi Artur Hovhannisyan Milli Yığıncaqda brifinqdə deyib.

"Bəli, "Mülki müqavilə" fraksiyasının deputatları da cəmiyyətimizin böyük bir hissəsi kimi, Zvartnots hava limanında rus sərhədçilərinin olmasından narahatdır. Bu məsələ siyasi komandamızın gündəliyindədir, müzakirələr gedir və qərar qəbul edildikdə hamımız bunu biləcəyik", - deyə o bildirib.

Qeyd edək ki, bir qədər Ermənistan Milli Yığıncağının sədri Alen Simonyan Rusiya sərhədçilərinin İrəvanda yerləşən Zvartnots hava limanında fəaliyyətini dayandırmalı olduğunu bildirib.

"Mən Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması məsələsinin müzakirəsində iştirak etməmişəm, lakin fikrimcə, onların oradan getməsi düzgün olar", - deyə Simonyan jurnalistlərə deyib.

Rusiya Xarici İşlər Nazirliyi isə Ermənistan tərəfinin bu bəyanatlarını qeyri-dost davranışının növbəti nümunəsi adlandırıb.

"Bunu İrəvanın qeyri-dost davranışının növbəti nümunəsi olaraq nəzərdən keçiririk. Bizə Ermənistan hakimiyyəti tərəfindən bununla bağlı heç bir müraciət daxil olmayıb. Anlayırıq ki, Zvartnots ilə bağlı hadisə daha əvvəl rusiyalı Dmitri Setrakovun ətrafındakı iftiralardan irəli gəlir. Sizi inandıra bilərəm ki, Rusiya nümayəndələri heç bir qeyri-qanuni hərəkət etməyib: biz həmişə suveren dövlətlərin qanunvericiliyinə hörmətlə yanaşırıq", - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti