...

Almaniyada hərbçi dörd nəfəri güllələdi: ölənlər arasında uşaq da var

Dünya xəbərləri Materials 1 Mart 2024 15:00 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Aşağı Saksoniya əyalətində Almaniya Silahlı Qüvvələrinin (alm. Bundeswehr‎) hərbçisi ötən gecə dörd nəfəri güllələyərək öldürüb.

Trend xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, cinayət hadisəsi Şessel və Botel yaşayış məntəqələrində baş verib. Qətllərin şəxsi münasibətlər zəminində törədilməsi ehtimal olunur. Rotenburq polisi və Verden prokurorluğu ölənlər arasında uşağın da olduğunu bildirib.

"Bild" nəşrinin məlumatına görə, şübhəli şəxs keçmiş sevgilisini və uşağını, onun yeni partnyorunu və anasını qətlə yetirib. Məlumat rəsmi təsdiqini tapmayıb.

İstintaq məlumatlarına görə, şübhəli şəxs hadisədən az sonra təslim olub və polislər tərəfindən saxlanılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti