...

Türk dövlətlərinin əməkdaşlığı vahid türk dünyasının yaranmasına səbəb olub - Nurtleu

Dünya xəbərləri Materials 2 Mart 2024 11:57 (UTC +04:00)
Türk dövlətlərinin əməkdaşlığı vahid türk dünyasının yaranmasına səbəb olub - Nurtleu

Bakı. Trend:

Türk dövlətlərinin əməkdaşlığı vahid türk dünyasının yaranmasına səbəb olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitusionallaşma" panel sessiyasında çıxışı zamanı deyib.

Nazir Nurtleu çıxışında TDT-nin təşəbbüskarı və təsisçi dövlətlərindən biri olan Qazaxıstanın öz fəaliyyəti çərçivəsində inteqrasiyanı müsbət istiqamətdə inkişaf etdirən türk dünyasında xüsusi rolunu qeyd edib. O, həmçinin, Qazaxıstanın TURKTIME devizi altında keçirilən TDT-də sədrliyinin prioritetləri barədə dinləyicilərə məlumat verib.

"Təşkilatımız bütün türk dövlətlərini birləşdirir və biz inteqrasiyamızı birlikdə gücləndiririk. Əsas məqsəd iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirməkdir, biz müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və logistika, rəqəmsallaşma və ticarətdə potensialın yaranmasında bir-birimizə kömək edirik", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Antalya kurort şəhərində martın 1-dən 3-dək Antalya Diplomatiya Forumu keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən bu tədbirə 100-dən çox ölkədən 4 minə yaxın qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı dəvət olunub.

Xəbər lenti

Xəbər lenti