Bakı. Trend:
Türkiyənin Malatya vilayətində 4.4 bal gücündə zəlzələ baş verib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, zəlzələ 7,31 kilometr dərinliyində baş verib.
Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.