...

ABŞ və İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə ediblər

Dünya xəbərləri Materials 6 Mart 2024 00:26 (UTC +04:00)
ABŞ və İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını müzakirə ediblər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken və İsrailin hərbi kabinetinin üzvü Benni Qantz görüş zamanı Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinq zamanı deyib.

O bildirib ki, görüş zamanı HƏMAS və İsrail arasında atəşkəsə nail olmaq üçün cəhdlər də müzakirə edilib.

Onun sözlərinə görə, ABŞ administrasiyasının mövqeyi ondan ibarətdir ki, altı həftəlik atəşkəsə nail olmaq üçün maneələr “aşılmaz deyil” və Vaşinqton hesab edir ki, İsrail və HƏMAS arasında razılığa gəlmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti