...

Kanadada atışma baş verib, altı nəfər ölüb

Dünya xəbərləri Materials 8 Mart 2024 01:19 (UTC +04:00)
Kanadada atışma baş verib, altı nəfər ölüb

Bakı. Trend:

Kanadanın paytaxtı Ottava şəhərində çərşənbə günü gecə saatlarında baş verən atışmada dördü uşaq olmaqla, altı nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə “CTV News” məlumat yayıb.

Ottavanın mərkəzindən təxminən 15 kilometr cənubda yerləşən Palmadeo Drive yaxınlığında yerləşən evdə baş verən atışmada 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ölənlərin şəxsiyyətinin hələlik təsdiqlənmədiyi və araşdırmaların davam etdiyi bildirilir.

Polisin şəxsiyyətini müəyyən etmədiyi bir kişi də hadisə yerində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti