...

Asif Əli Zərdari yenidən Pakistan prezidenti seçilib

Dünya xəbərləri Materials 9 Mart 2024 21:01 (UTC +04:00)
Asif Əli Zərdari yenidən Pakistan prezidenti seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Baş nazir Şahbaz Şərifin rəhbərlik etdiyi koalisiyanın namizədi Asif Əli Zərdari növbəti dəfə ölkə prezidenti seçilib.

Trend-in məlumatına görə, Asif Əli Zərdari Pakistan parlamentinin hər iki palatasında və ölkənin 4 vilayətinin qanunverici orqanında keçirilən seçkidə 411 səs toplayaraq qalib olub. Onun rəqibi - sabiq Baş nazir İmran Xanın tərəfdarlarının dəstəklədiyi Mahmud Xan Açakzay cəmi 181 səs yığa bilib.

Baş nazir Şahbaz Şərif qələbə münasibətilə Asif Əli Zərdarini təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti