Bakı. Trend:
Türkiyənin Sakarya vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlarında 33 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə daxili İşlər Naziri Ali Yerlikaya bildirib.
Qeyd olunub ki, saxlanılan şəxslər ölkədə 31 mart tarixində keçiriləcək Bələdiyyə seçkiləri öncəsi terror aktı törətməkdə şübhəli bilinir.
Keçirilən əməliyyat tədbirləri nəticəsində 4 sənədsiz tapança, 2 sənədsiz tüfəng və külli miqdarda xarici valyuta ələ keçirilib.