...

"HƏMAS" ABŞ-ın təklif etdiyi atəşkəs planına razılıq verib

Dünya xəbərləri Materials 12 Mart 2024 22:43 (UTC +04:00)
"HƏMAS" ABŞ-ın təklif etdiyi atəşkəs planına razılıq verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı Amerika tərəfinin Qəzza zolağında təklif etdiyi atəşkəs planına razılıq verib.

Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı hərəkatın rəhbərliyindəki mənbəyə istinadən bildirib.

Məlumata əsasən, ABŞ-ın irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və köçkünlərin tədricən öz evlərinə qayıtmasını nəzərdə tutur. HƏMAS-ın nümayəndə heyəti sazişin təfərrüatlarını və onun həyata keçirilmə vaxtını müzakirə etmək üçün yaxın bir neçə gün ərzində Qahirəyə gələcək.

"HƏMAS" hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti