...

Avstriya Rusiyadan qaz idxalını dayandıracaq

Dünya xəbərləri Materials 16 Mart 2024 06:50 (UTC +04:00)
Avstriya Rusiyadan qaz idxalını dayandıracaq

Bakı. Trend:

Avstriya hökuməti Rusiya qazının alınmasını tamamilə dayandırmağı qarşısına məqsəd qoyub.

Trend xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

"Avstriya hökumətinin məqsədi 2027-ci ilə qədər Rusiya qazından tamamilə azad olmaqdır", - deyə A.Şallenberq vurğulayıb.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirmişdi ki, qurum Rusiya kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmaq perspektivini nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti