...

Ermənistanda rüşvətxorluqda ittiham olunan 2 dövlət məmuru həbs olunub

Dünya xəbərləri Materials 18 Mart 2024 18:08 (UTC +04:00)
Ermənistanda rüşvətxorluqda ittiham olunan 2 dövlət məmuru həbs olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda Şirak vilayət administrasiyasının 2 əməkdaşı həbs olunub.

Trend xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yerli KİV-ə məlumat verib.

Məlumata görə, saxlanılan şəxslər Şəhərsalma İdarəsinin rəisi və böyük mütəxəssisidir. Onlar rüşvət almaqda ittiham olunurlar.

Qeyd edək ki, sözügedən şəxslər martın 15-də saxlanılıb. Onların biri ev dustaqlığına həbs edilib, digərinin isə ölkədən çıxışına qadağa qoyulub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti