...

Şimali Koreya yeni hipersəs raketinin mühərrik hissəsini uğurla sınaqdan keçirib

Dünya xəbərləri Materials 20 Mart 2024 06:39 (UTC +04:00)
Şimali Koreya yeni hipersəs raketinin mühərrik hissəsini uğurla sınaqdan keçirib

Bakı. Trend:

Şimali Koreya yeni hipersəs raketinin bərk yanacaq mühərrikinin başlığını sınaqdan keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbət verib.

"Martın 19-da KXDR-in Raket Təsərrüfatı Baş İdarəsi və tabeliyində olan Mühərriklər Elmi-Tədqiqat İnstitutu çoxpilləli hipersəsli orta uzun mənzilli raketi təchiz etmək üçün bərk yanacaqla işləyən reaktiv mühərrik başlığının yer sınağını keçirib", - deyə bildirilib.

Sınaqın uğurla keçdiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti