Bakı. Trend:
Norveç hökuməti son iki il ərzində Ukraynaya 500 milyon dollardan çox birbaşa büdcə dəstəyi ayırıb.
Trend xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko və Norveç Krallığının səfiri Helena Sand Anderson Ukraynada mövcud iqtisadi vəziyyəti, 2024-cü il üzrə Ukraynanın dövlət büdcəsinin ehtiyaclarını və Norveçin Ukraynaya büdcə dəstəyini artırmaq məqsədilə ölkələr arasında əməkdaşlığın inkişafını müzakirə ediblər.
Son iki il ərzində Norveç hökumətinin Ukraynanı 500 milyon ABŞ dollarından çox birbaşa büdcə dəstəyi ilə təmin etdiyi qeyd olunub. Belə ki, təqribən 485 milyon ABŞ dolları dəyərində qrant Dünya Bankının layihəsi çərçivəsində Ukraynaya yönəldilib.