...

Rusiyada "Crocus City Hall"dakı terror aktında həlak olanların siyahısı açıqlanıb

Dünya xəbərləri Materials 23 Mart 2024 18:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Fövqəladə Hallar Nazirliyi ilk dəfə olaraq "Crocus City Hall"da baş verən terror aktı nəticəsində həlak olanların siyahısını dərc edib.

Trend-in məlumatına görə, siyahı nazirliyin saytında yerləşdirilib.

Məlumata görə, hazırda siyahıda 13 nəfərin adı var. Siyahıda olan adlar 23 mart saat 17:00-a olan məlumat əsasən qeyd olunub.

FHN Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin verdiyi məlumatlara əsaslanaraq zərərçəkənlərin siyahılarını mütəmadi olaraq yeniləyir.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti