Bakı. Trend:
Ermənistan Mərkəzi Bankı separatçı erməni milyarder Ruben Vardanyana məxsus "Ameriabank" QSC-nin "Bank of Georgia Group"a satılmasına ilkin razılıq verib.
Trend xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qərar bankın Şurasının dünənki iclasında qəbul olunub.
Xatırladaq ki, ötən ay erməni KİV "Ameriabank"ın "Bank of Georgia Group" tərəfindən 303,6 milyon ABŞ dollarına satın alındığı barədə məlumat yaymışdı.
"Ameriabank" QSC-nin mətbuat xidməti yekun razılaşma imzalandıqdan sonra "Ameriabank"ın hazırkı menecment ilə "Bank of Georgia Group"un tərkibində fəaliyyət göstərməyə davam edəcəyini bildirmişdi.
