...

Admiral Moiseyev Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı təyin olunub

Dünya xəbərləri Materials 2 Aprel 2024 19:02 (UTC +04:00)
Admiral Moiseyev Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı təyin olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Qəhrəmanı, admiral Aleksandr Moiseyev ölkənin Hərbi Dəniz Donanmasının baş komandanı təyin olunub.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu barədə bağlı Rusiya prezidentinin Vladimir Putin müvafiq fərman imzalayıb.

Şimal donanmasının yeni komandanı isə vitse-admiral Konstantin Kabantsov təyin olunub.

Xatırladaq ki, admiral Aleksandr Moiseyev mart ayında ölkənin Hərbi Dəniz Donanmasına baş komandanı vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunmuşdu.

Qeyd edək ki, bundan əvvəl Rusiya Hərbi Dəniz Donanmasına baş komandanı vəzifəsini admiral Nikolay Yevmenov icra edib. Admiral Moiseyev 2019-cu ildən Şimal Donanmasının, ondan əvvəl isə Qara dəniz donanmasının komandanı olub, Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti