Bakı. Trend:
Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan "Ümumerməni cəbhəsi" adlı partiya təsis edib.
Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yeni yaradılan partiya aprelin 5-də İrəvanda özünün təsisedici qurultayını keçirib.
Qurultayın yekunlarına görə, partiyanın sədri Arşak Karapetyan seçilib. Karapetyanın tövsiyəsi ilə partiyanın baş katibi Ovannes Şaginyan seçilib.