Bakı. Trend:
HƏMAS hərəkatının rəhbərliyi İsrail hakimiyyəti ilə razılaşma təkliflərinə hələlik yekun cavab verməyib, ABŞ bunu mümkün qədər tez almağa çalışır.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ evdə keçirdiyi brifinqdə bildirib.
“HƏMAS-ın rəsmi açıqlamaları o qədər də ürəkaçan deyil. Qətərin Baş naziri ilə danışdım. O, hələlik HƏMAS-dan heç bir cavab almayıb. Mən Baş nazirdən mümkün qədər tez cavab almağı xahiş etdim”, - deyə C.Sallivan bildirib.
İsrailin Baş naziri Binyamin Netanyahunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatın başlanmasının vaxtını müəyyən edib-etməməsi ilə bağlı sualı cavablandıran Amerika liderinin müşaviri deyib: “O, bu barədə bizə məlumat verməyib”.