...

Pakistanda ağır yol qəzası olub, ölənlər var

Dünya xəbərləri Materials 11 Aprel 2024 07:50 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun yarğana aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

Trend xəbər verir ki, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Noorani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub.

İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib və nəticədə avtobus yarğana aşıb.

Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Xəbər lenti

Xəbər lenti