Bakı. Trend:
Ermənistanda polis 36 kq qızıl və 290 milyon rubl oğurlayan soyğunçuların bəzilərini saxlayıb.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hücum edənlər İrəvan-Yerasx avtomobil yolunda yaxalanıblar.
Onların getdikləri “Mercedes Vito” markalı mikroavtobusda qızıl külçələr və məbləğin bir hissəsi aşkar edilib.