...

İran gücdən qanunsuz istifadə qarşısında öz milli mənafeyini müdafiə edir – İran XİN

Dünya xəbərləri Materials 14 Aprel 2024 03:53 (UTC +04:00)
İran gücdən qanunsuz istifadə qarşısında öz milli mənafeyini müdafiə edir – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran BMT əsasnaməsi və beynəlxalq prinsip və məqsədlərə sadiq qaldığını bir daha vurğulayaraq gücdən qanunsuz istifadə qarşısında öz suverenliyi, ərazi bütövlüyü və milli mənafeyini müdafiə etmək iradəsinə sahibdir.

Trend-in məlumatına görə, bu, İran Xarici İşlər Nazirliyi İranın İsrailə raket və PUA-larla hücum etməsi ilə əlaqədar bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, BMT əsasnaməsinin 51-ci maddəsində qeyd olunan qanuni müdafiə və İsrailin Suriya dövlətinin dəvəti əsasında bu ölkədə rəsmi şəkildə fəaliyyət göstərən İranın hərbi müşavirlərinə dəfələrlə hücumu, xüsusilə də 1 aprel 2024 tarixində Dəməşqdə İranın diplomatik korpusuna hərbi hücumuna cavab olaraq İran 14 aprel 2024 tarixində İsrailin hərbi bazaları əleyhinə hərbi hücumlar həyata keçirib.

Bəyanatda qeyd olunur ki, İran lazım olduğu təqdirdə hərbi təcavüz və gücdən qanunsuz istifadə ilə əlaqədar istənilən hərəkət qarşısında əlavə müdafiə addımları atmaqda əsla tərəddüd etməyəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti