...

Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb

Dünya xəbərləri Materials 17 Aprel 2024 17:00 (UTC +04:00)
Qazaxıstanda daşqınlar: təxliyə edilənlərin sayı 117 min nəfəri ötüb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanda daşqınlarla əlaqədar olaraq 117 mindən çox insan təxliyə edilib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Hərbi Hissələr Komitəsinin baş zabiti Yerasıl Saipaş brifinqdə məlumat verib.

"Daşqın dövrünün əvvəlindən indiyədək 117 142 nəfər xilas edilərək təxliyə olunub, bunların 40 833 nəfəri uşaqlardır. Müvəqqəti yerləşdirmə məntəqələrində 6932 nəfər var, bunların 3111 nəfəri uşaqdır. İndiyədək qədər 17 547 nəfər öz evlərinə qayıdıb", - o deyib.

Qeyd edək ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb. Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 46 mindən çox insan, 4 mindən çox texnika və 16 təyyarə cəlb olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti