...

Hakan Fidan misirli həmkarı ilə Qəzza zolağındakı vəziyyətdən danışıb

Dünya xəbərləri Materials 20 Aprel 2024 16:19 (UTC +04:00)
Hakan Fidan misirli həmkarı ilə Qəzza zolağındakı vəziyyətdən danışıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda misirli həmkarı Samih Şukri ilə görüşüb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Misir münasibətləri ilə yanaşı, Qəzza zolağındakı vəziyyət də müzakirə olunub.

Hakan Fidan Qəzza zolağına humanitar yardımların çatdırılmasında Misirin rolunu qeyd edərək, ölkəyə minnətdarlığını bildirib.

Bundan başqa, Hakan Fidan bildirib ki, Qəzza zolağındakı münaqişə həll olunmayacağı təqdirdə bölgədə böhranların artmasına səbəb olacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti