...

“Emirates” aviaşirkəti müntəzəm uçuş cədvəlini bərpa edib

Dünya xəbərləri Materials 20 Aprel 2024 16:49 (UTC +04:00)
“Emirates” aviaşirkəti müntəzəm uçuş cədvəlini bərpa edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Emirates” aviaşirkəti regiona yağan güclü leysan səbəbindən dörd gündür fəaliyyəti pozulan Dubay Beynəlxalq Hava Limanında normal uçuş cədvəlinə qayıdıb.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin Baş direktoru Tim Klarkın açıqlamasında deyilir.

“Aprelin 20-dən etibarən müntəzəm uçuş cədvəli bərpa edilib. Hava limanının tranzit zonasında qalan sərnişinlər yenidən qeydiyyatdan keçib. Onlar hazırda təyinat yerlərinə göndərilir”, - deyə məktubda bildirilir.

Aşağı büdcəli “Flydubai” aviaşirkəti də Dubay Beynəlxalq Hava Limanının ikinci və üçüncü terminallarından uçan reyslərin normal fəaliyyətini bərpa edib.

Xəbər lenti

Xəbər lenti