Bakı. Trend:
İrəvanda "Malatiya" bazarında yanğın olub.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Ermənistan Daxili İşlər Nazirliyindən yerli KİV-ə verilən məlumata görə, yanğın bazarın 3 pavilyonunu əhatə edib, hadisə yerinə 6 yanğınsöndürmə heyəti cəlb olunub.