...

Blinken Səudiyyə Ərəbistanına səfər edəcək

Dünya xəbərləri Materials 24 Aprel 2024 04:03 (UTC +04:00)
Blinken Səudiyyə Ərəbistanına səfər edəcək

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken bu həftə sonu Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Axios" informasiya portalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, səfər zamanı o, krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə görüş keçirməyi planlaşdırır.

Bildirilib ki, Amerika diplomatiyasının rəhbəri Çin səfərindən sonra Səudiyyə Ərəbistanına səfər edəcək. A.Blinkenin aprelin 28-29-da Ər-Riyadda keçiriləcək Dünya İqtisadi Forumunun xüsusi iclasında iştirak edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti