...

Rusiya və Ukrayna ilk dəfə uşaqlarla bağlı üzbəüz danışıqlar aparıb

Dünya xəbərləri Materials 24 Aprel 2024 17:32 (UTC +04:00)
Rusiya və Ukrayna ilk dəfə uşaqlarla bağlı üzbəüz danışıqlar aparıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və Ukrayna ilk dəfə Qətərin vasitəçiliyi ilə uşaqlarla bağlı üzbəüz danışıqlar aparıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belova məlumat yayıb.

Bildirilib ki, danışıqlar Qətərin Doha şəhərində keçirilib. Əldə olunan razılaşmaya görə, 29 uşaq Ukraynaya, 19 uşaq isə Rusiyaya keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti