Bakı. Trend:
İslamabad Ali Məhkəməsi korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xanı zaminə buraxıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, İmran Xan həbsxanadan çıxmayacaq. O, dövlət sirri haqqında qanunu və islami nikah normalarını pozduğuna görə cəzasını çəkməyə davam edəcək.
Xatırladaq ki, İmran Xan birinci iş üzrə 10, ikinci iş üzrə isə 7 il müddətinə azadlıqdan məhrum edilib.