Bakı. Trend:
Vladimir Tolstoy Rusiya prezidentinin müşaviri vəzifəsindən azad edilib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, müvafiq sərəncamı Rusiya lideri Vladimir Putin imzalayıb.
Qeyd edək ki, Vladimir Tolstoy prezidentin mədəniyyət üzrə müşaviri olub. O, bu vəzifəni 23 may 2012-ci ildən tutub.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Aleksandra Levitskayanı da müşaviri vəzifəsindən azad etmişdi.